Bakıda AİLƏ FACİƏSİ: Ana və azyaşlı oğlu öldü

Bakıda AİLƏ FACİƏSİ: Ana və azyaşlı oğlu öldü

Bakının Binəqədi rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Sfera.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Biləcəri qəsəbəsində yaşayan, 1981-ci il təvəllüdlü Gülnarə Əfqan qızı Kərimova və onun oğlu, 2008-ci il təvəllüdlü Murad İlyas oğlu Kərimov yaşadıqları evdə dəm qazından boğulub. 

Digər hadisə isə rayonun Azadlıq prospekti ev 187, mənzil 40 ünvanında qeydə alınıb. Orada yaşayan, 1978-ci il təvəllüdlü İlqar Mustafayev dəm qazından boğularaq ölüb.
 
Hər iki faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR