Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürür

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatı start götürür
Bu gün Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı start götürəcək. 
 
ONA-nın məlumatına görə, Milli Gimnastika Arenasında baş tutacaq yarışda 22 ölkənin ən güclü aerobika ustaları 3 gün ərzində öz güclərini sınayacaqlar. 
 
 
400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) proqramında yarışacaqlar. 
 
Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli,  Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.
 
Yarışda meydançaya öncə gənc gimnastlar çıxacaqlar. Növbəti gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü – mayın 26-da isə final mərhələlərində Avropa çempionlarının adları bilinəcək.
 
Qeyd edək ki, birincilik saat 12:00-da başlayacaq. Çempionatın açılış mərasimi isə saat 16:00-da olacaq. 

OXŞAR XƏBƏRLƏR

Bu MMC-yə aid yük maşını "Prius"la TOQQUŞDU - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...