Bakıda 9 yaşlı qıza anasının qaraciyəri köçürüldü — VİDEO
22:35 / 11.04.2019
7384
Azərbaycanda azyaşlı qız üzərində qaraciyər transplantasiyası əməliyyatı icra olunub.
Sfera.az Medicina.az-a istinadla xəbər verir ki, əməliyyat Mərkəzi Gömrük Hospitalında, cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilib.
Anadangəlmə sirroz xəstəliyindəın əziyyət çəkən 9 yaşlı qızcığaza anası donorluq edib.
Uşağın vəziyyəti qənaətbəxşdir, donor isə artıq evə buraxılıb.