Bakıda 9 nəfəri gün vurub

Bakıda 9 nəfəri gün vurub
 

İyunun 1-dən indiyədək günvurma diaqnozu ilə təcili tibbi yardıma 9 müraciət daxil olub.

 

Bu barədə virtualaz.org-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. Baş həkim bildirib ki, 1 nəfərə yerində yardım göstərilib, 8 nəfər isə xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlıdır.

 

Günvurma zamanı başağrısı, ürəkbulanma baş verir. Nağıyev deyir ki, sonradan yaranan fəsadların qarşısını almaq üçün mütləq həkimə müraciət etmək lazımdır. Çünki başağrısı, halsızlıq, ətraf mühitə reaksiyanın zəifləməsi, ürəkbulanma ola və bu, son nəticədə ağır fəsadlarla nəticələnə bilər. Azyaşlılar, qocalar, xəstələr həssas qruplardır, onların vəziyyəti daha tez pisləşə bilər.

 

Günvurma zamanı zərərçəkəni kölgəyə aparmaq, soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək, başına, boyunun yan tərəflərinə, qoltuqaltına (iri damarlar keçən yerlərə) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres qoymaq tövsiyə edilir. Bundan sonra mütləq həkimə müraciət etmək lazımdır.

 

Qeyd edək ki, isti havalarda saat 11.00-dan 17.00-dək açıq gün şüaları altına çıxmaq məsləhət görülmür. Açıq rəngli və təbii materialdan biçilmiş geyimlərdən istifadə edilməsi, çox su içilməsi, həmçinin aşağı kalorili, əsasən tərəvəzi bol olan yeməklərə üstünlük verilməsi tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...