Krİmİnal

Bakıda 9 manata görə 8,3 il həbs

Bakıda 9 manata görə 8,3 il həbs
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, S.Vəliyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

S.Vəliyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, 1997-ci il təvəllüdlü S.Vəliyev mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanımadığı İlkin Abdullayev adlı şəxsə yaxınlaşaraq pul istəyib. İlkin qorxaraq cibində olan 11 manatı Səidə verib. İttihamda o da göstərilir ki, Səid aldığı 11 manatdan ikisini İlkinə geri qaytarıb ki, yol pulu etsin. Bundan sonra Səid polis əməkdaşları tərəfindən saxlanılıb.

O, digər şəxsə qarşı da eyni əməli törətməkdə ittiham edilir.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031