Sağlıq
Hadİsə

Bakıda 75 nəfəri gün vurub

Bakıda 75 nəfəri gün vurub
Havaların isti keçməsi ilə əlaqədar mövsüm başlayandan bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasına günvurma diaqnozu ilə 75 müraciət daxil olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın APA-ya verdiyi məlumata görə, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə müraciət edən şəxslərin 46 nəfəri hospitalizasiya edilib, 26 nəfərə yerində yardım göstərilib. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.

Müraciət edən 75 nəfərdən 54-ü kişi, 4-ü azyaşlı, 17-si qadındır. Müraciət edənlərin arasında ağır və həyati təhlükəsi olan yoxdur. 
AdRiver

XƏBƏR LENTİ