Bakıda 4 maşın toqquşdu: 8 yaralı - Yaralılar arasında körpələr də var

Bakıda 4 maşın toqquşdu: 8 yaralı - Yaralılar arasında körpələr də var

Bakıya yağan güclü qar və yolların buz bağlaması Sabunçu rayonu ərazisində zəncirvari qəzaya səbəb olub.

Sfera.az report-a istinadən xəbər verir ki, rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və maşınlar bir-birinə dəyib. Nəticədə 8 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlü Məhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuş Məhərrəmova Mahnur Tahir qızı, onların 2 və 1 yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır.

Digər nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı, 1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Qəza zamanı 1980-ci il təvəllüdlü Abdullayev Rasim Əhməd oğlu və 1996-cı ildə anadan olmuş Rzayev Kamran Dilqəm oğlu da xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...