Bakıda 38 yaşlı qadının oğlu tərəfindən güllələndiyi evdən görüntülər - VİDEO+FOTOLAR

Bakıda 38 yaşlı qadının oğlu tərəfindən güllələndiyi evdən görüntülər - VİDEO+FOTOLAR
Zabrat qəsəbəsində Füzuli rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş vermiş dəhşətli qətllə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qətlə yetirilən 38 yaşlı Mədinə Qurbanovanın qayınatası Maarif Əliyev gəlininin nəvəsi tərəfindən güllələnməsi vaxtı hadisənin baş verdiyi otaqda olduğunu deyib: "Mədinə mənim iynələrimi vururdu, başımı-üzümü qırxırdı. Ondan heç bir narazılığımız yox idi. Həmişə günahı oğlumda görürdüm. Amma Allah telefon çıxardanın evini yıxsın, həmişə telefonda qurdalanırdı. Nəvəm də kiminləsə yazışdığını görüb. Hadisə vaxtı isə mən yuxuya getmişdim. Mədinə ağrıkəsici vurduğundan yuxu aparıb məni. Böyük qızı kresloda mürgüləyirmiş. Özü də balaca qızını əmizdirirdi. Bir qədər sonra böyük qız anasını yuxudan qaldırmağa çalışanda görüb ki, qan içindədir".
 
 
M.Əliyev əlavə edib ki, nəvəsi Maarif Əliyev hadisə vaxtı tüfəngi anasının başına dayayaraq atəş açdığından güclü səs çıxmayıb və güllələnmədən sonra xəbər tutub.
 
 
Qeyd edək ki, hadisəni törədən 16 yaşlı Maarif Əliyev orta məktəbin 11-ci sinif şagirdi olub.
 
 
Məlum hadisənin baş verdiyi ailə Füzuli işğal olunandan sonra əvvəlcə Sabirabadda, sonra isə Şirvan şəhərində köçkün həyatı yaşayıb və bir neçə il əvvəl Zabrata köçüb. Hadisədən sonra M.Qurbanovanın yaxınları onun həyat yoldaşının qohumlarını həyətdən çıxarıb və 38 yaşlı qadının dəfninə buraxmayıblar.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:

 

Paylaş:

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...