Bakıda 3 yaşlı uşaq anasını bıçaqladı

Bakıda 3 yaşlı uşaq anasını bıçaqladı

Bakıda ehtiyatsızlıq ucbatından azyaşlı uşaq anasına bıçaqla xəsarət yetirib. Hadisə bu gün günorta saatlarında Tofiq Abbasov küçəsi 38, bina 7, mənzil 90-da qeydə alınıb.

Sfera.az salamnews-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Əkbərova Səbinə Pirəli qızı 3 yaşlı övladı tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməyi ilə 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına gətirilib. İlkin müayinələr zamanı 35 yaşlı qadının sağ sarğı nahiyyəsindən xəsarət aldığı məlum olub. Yaralıya tibbi yardım göstərilib və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla əlaqədar Nizami Rayon Polis İdarəsinə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, Səbinə Əkbərovanın övladı nevroloji xəstədir və bıçağı da stolun üzərindən götürərək hadisəni törədib. Zərərçəkmişin sözlərinə görə, o, ehtiyatsızlıq edərək mətbəx bıçağını uşağın əli çatan yerdə qoyub, hadisə də bu zaman baş verib.


OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...