Bakıda 22 yaşlı oğlan itkin düşüb
11:15 / 09.02.2019
2924
Paytaxtda gənc oğlan itkin düşüb.
Hadisə Bakının Xətai rayonunda baş verib.
Belə ki, rayonun Xudu Məmmədov küçəsi, ev 32, mənzil 67-də yaşayan 22 yaşlı Abbasov Fikrət Hikmət oğlu fevralın 5-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Trend bildirir ki, faktla bağlı polisə məlumat daxil olandan sonra araşdırmalara başlanıb.