Hadİsə

Bakıda 20 yaşlı bəy öz toyunda ağır xəsarət aldı

Bakıda 20 yaşlı bəy öz toyunda ağır xəsarət aldı
Bakıda 20 yaşlı bəy toy mərasimində ağır xəsarət alıb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" şadlıq sarayında toy mərasimi keçirilən 1999-cu il təvəllüdlü Məmmədov Taleh Bəxtiyar oğlu sərxoş vəziyyətdə restoranın şüşəsini yumruğu ilə sındırıb. Nəticədə o, sağ əlinə ciddi xəsarət yetirib.

Yaralı təcini yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Muayinə zamanı onun sağ biləyin kəsilmiş-cırılmış yaraları aşkarlanıb.

Fakla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031