Bakıda 2 nəfər intihar etmək istədi - VİDEO

Bakıda 2 nəfər intihar etmək istədi - VİDEO

Bakıda bu dəqiqələrdə iki kişi intihar etmək istəyib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, Nizami rayonu, Mikayıl Əliyev küçəsində iki kişi avtomobil yolunun üzərindəki dəmir konstruksiyaların üzərinə çıxaraq özlərini atacaqlarını deyiblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Onlarla aparılan psixoloji söhbət nəticəsində bir nəfər intihar fikrindən imtina edib və yerə düşüb. İkinci şəxs də xilas edilib.

 



OXŞAR XƏBƏRLƏR