Bakıda 2 günlük çölə çıxmağa qadağa qoyulur? - AÇIQLAMA

Bakıda 2 günlük çölə çıxmağa qadağa qoyulur? - AÇIQLAMA
 

Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı keçən günlərə nisbətən daha çox olub.


Belə ki, 165 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 2 nəfər ölüb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölkə ərazisində koronavirusa yoluxanların sayı çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyula bilərmi?

Sfera.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verir: "Hər kəsin ekspert kimi çıxış edərək yol göstərməsi pandemiya ilə mübarizəyə maneə ola bilər. Çünki Operativ Qərargahda daha geniş məlumatlar var. Onlar bilirlər ki, yoluxma həddi, ağır, yüngül xəstələrin sayı və ölənlərin sayı nə qədərdir, proqnoz necədir. Bizim vətəndaş kimi borcumuz qoyulan qaydalara əməl etmək, tövsiyyələri yerinə yetirmək, sosial məsafəni qorumaq, qoruyucu tibbi maskalardan və əlcəklərdən istifadə etmək, sanitar-gigyenik normaları qorumalıyıq. Koronavirusun nə qədər ki, vaksini tapılmayıb, biz hamımız özümüzü və yaxınlarımızı qorumalıyıq. Təbii ki, qərarları hökumət və Operativ Qərargah verəcək. Bu barədə nəyisə fikir söyləməyimiz doğru olmaz. Amma mən bu barədə nikbinəm. Çünki yoluxanların sayı artsa da, müşahidələr onu göstərir ki, çoxusu ağır xəstələr deyil. Artıq Operativ Qərargahın nəzarəti altında proses gedir. Sağalanların da sayı artır. Əsas məsələ prosesin nəzarət altında olmasıdır. Amma hansı tədbirlər görülə biləcəyi Operativ Qərargahın səlahiyyətindədir".


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...