Bakıda 198 kq yararsız ət aşkarlandı - FOTOLAR

Bakıda 198 kq yararsız ət aşkarlandı - FOTOLAR

İyulun 10-u saat 23:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Xaldan-Ağdaş şossesində Mehdiyev Məhəmməd Mikayıl oğlunun idarə etdiyi 10-KG-920 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 198 kiloqram yararsız ət aşkar olunub.

Sfera.az-a daxil olan məlumata görə, QAZ 31-10 markalı nəqliyyat vasitəsinin yük yerində saxlanılan 1 baş iribuynuzlu heyvan cəmdəyinə baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqanoleptik görüntülərinə əsasən bakterioloji çirklənməyə məruz qaldığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...