Hadİsə

Bakıda 10 yaşlı uşaq oğurlandı? - Anasının ürəyi getdi - ŞOK GÖRÜNTÜLƏR

Bakıda 10 yaşlı uşaq oğurlandı? - Anasının ürəyi getdi - ŞOK GÖRÜNTÜLƏR
Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 281 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi oğurlanıb.

Məlumata görə, şagird hər kəsin gözü qarşısında metalyığan şəxs tərəfindən oğurlanıb.

Məlumatda qeyd olunur ki, övladının oğurlanmasını eşidən ananın ürəyi gedib. Ətrafdakı insanlar anaya kömək etməyə çalışıblar. Hadisə yerinə polis əməkdaşları gəlib. 

Sfera.az bildirir ki, məsələ ilə bağlı BiG.AZ 281 saylı orta məktəblə əlaqə saxlayıb. 

Məktəbdən verilən məlumata görə yayaılan video əsassızdır: "Bizim məktəbdə elə bir şagird oxumur. Ümumiyyətlə, yayılan videonun bizim məktəblə heç bir əlaqəsi yoxdur. Bizim məktəbdən heç bir şagird qaçırılmayıb".

Big.az əldə etdiyi məlumata görə hadisəyə səbəb uşağın anidən ananın yanından itməsi olub. Qısa müddət ərzində uşaq tapılaraq anaya təhvil verilib. 
 
 

 
 


AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31