Bakıda 10 massivdə qazlaşma işləri davam edir

Bakıda 10 massivdə qazlaşma işləri davam edir
 

"Azəriqaz” İstehsalat Birliyi istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər görüb.

"Azəriqaz”dan Sfera.az-a  verilən məlumata görə, 2019-cu ildə də qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işləri uğurla davam etdirilir.

Tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri davam etdirilir.

Birliyin texniki istismar şöbəsinin hesabatında qeyd edilir ki, respublika ərazisində bu ilin yanvar-oktyabr ayı ərzində 1559,8 km uzunluqda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 542,8 km uzunluqda qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə Bakı, Sumqayıt və regionlar üzrə daxili imkanlar hesabına 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 299,64 km uzunluğunda müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz olunub.

 

Hazırda bu il üçün Dövlət proqramı əsasında qazlaşdırılması aparılan 92 yaşayış məntəqəsi və massivdən 66-da qaz açılışları baş tutub, digərlərində isə son tamamlanma işləri aparılır. Bakı şəhəri üzrə isə 22 yaşayış məntəqəsindən birində qaz açılışı həyata keçirilib, 11 məntəqədə iş tamamlanıb açılışa hazırdır, digər 10 massivdə isə qazlaşma işləri davam edir.

2019-2020-ci illərin payız-qış mövsümünə nəzərdə tutulan tədbirlərin icrası cari dövrdə ümumilikdə 90,04%yerinə yetirilib və hələ də işlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Q...

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

İngiltərə Premyer Liqasının 29-cu turunda "Arsenal" və "Çelsi" komandaları qarşılaşıb.   Sfera.az bildirir ki, “topçular&rd...

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq.   Sfera.az-ın report-a istinadən xəbərinə görə,...

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

“İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın”.   Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin efirində yayımlana...

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

Sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məl...

Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqq...