Bakı yollarının yuyucu məhlullarla yuyulmasına başlanıldı

Bakı yollarının yuyucu məhlullarla yuyulmasına başlanıldı
 Koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərinin yuyucu məhlullarla yuyulmasına başlanılıb.

Sfera.az xəbər verir ki, yolların yuyucu məhlullarla yuyulması işləri ilk olaraq Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində həyata keçirilib.

Prosesə Bakı şəhərinin Mənzil-Kommunla Təsərrüfat Departamentinin əməkdaşları cəlb olunub.

Ərazinin yuyucu məhlullarla yuyulması prosesi şəhərin digər küçə və prospektlərində də həyata keçiriləcək.

Qeyd edək ki, yolların yuyucu məhlullarla yuyulması prosesi dezinfeksiya işləri ilə birlikdə həyata keçirilir.

Bakıda parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir.

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur. (report)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...