Bakı yaxınlığında dəhşətli qəza: İki azyaşlı ölüb

Bakı yaxınlığında dəhşətli qəza: İki azyaşlı ölüb

07:10

Bakı şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.


Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd "Mersedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə həlak olub.

Dövlət Yol Polisi əməkdaşlarının verdikləri məlumata görə, qəzaya səbəb 50 CK 402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olub. Sözügedən avtomobili sərxoş sürücü idarə edib. O maşını yolun əks istiqamətinə çıxararaq hərəkət edirmiş. Bu zaman qəza baş verib.

Sərxoş sürücü artıq saxlanılıb.

1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmuzdazə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

6 yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyalarını dəyişiblər.

***

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzanın səbəbləri araşdırılır:

"50 CK 402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sərxoş olması barədə məlumatlar isə həqiqəti əks etdirmir". (report)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR