Bakı və İrəvan çarpaz atəş altında: Dünya gücləri Cənubi Qafqazda üz-üzə

Bakı və İrəvan çarpaz atəş altında: Dünya gücləri Cənubi Qafqazda üz-üzə


"ABŞ və Rusiyanın son dövrlər Dağlıq Qarabağ münaqişəsi ətrafında aktivlik nümayiş etdirmələri onların sadəcə həmin konflikti həll etmək istəyilə bağlı deyil. Belə olsaydı, həmin problem artıq 26 ildir, uzanmazdı”


Sfera.az-a açıqlamasında bunu ABŞ-ın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsi təklifinə münasibət bildirərkən politoloq Natiq Miri deyib.


Ekspertin fikrincə, bu aktivliyin arxasında sadəcə dünya güclərinin Cənubi Qafqaz uğrunda mübarizəsi dayanır: "O baxımdan Moskva ilə Vaşinqtonun bu aktivliyini bir növ Cənubi Qafqaz uğrunda dünya gücləri arasındakı mübarizə kimi dəyərləndirmək lazımdır. Xüsusilə də, müəyyən mənada bunu Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycan, həm də yeni inqilab dalğasından çıxaraq tamamilə yeni bir hökumət formalaşdıran Ermənistan uğrunda mübarizə kimi də dəyərləndirmək olar. Təbii ki, bu məsələdə Dağlıq Qarabağ problemindən geosiyasi alət olaraq istifadə olunur. Çünki həmin münaqişə Cənubi Qafqaz, bütövlükdə region üçün ciddi təhlükə vəd edən bir konfliktdir”.


Ekspert onu da vurğuladı ki, münaqişənin həlli prosesində müəyyən irəliləyişlərə nail olan dövlət qismən də olsa Cənubi Qafqaz ölkələrinin qəlbinə yol açmış olacaq: "Məhz bu baxımdan, eyni zamanda Ermənistanı Moskvanın orbitindən çıxarmaq məqsədilə son aylar Dağlıq Qarabağ məsələsində ABŞ-ın nisbətən aktivləşdiyini müşahidə edirik. Dünya güclərinin prosesdə aktivləşməsinin müsbət və mənfi tərəfləri vardır. Müsbət tərəfi odur ki, artıq Dağlıq Qarabağ məsələsi dünya gündəminə gətirilir, dünya güclərinin siyasi mətbəxində hallandırılır. Bu da ən azından problemin həlli yollarının ortaya qoyulması imkanlarını özü ilə bərabər gətirir. Bu aktivliyin içində problemin həllini istəmək varsa, təbii ki, həmin istiqamətdə konkret addımlar atmaq və konkret siyasi nəticələr də əldə etmək mümkündür.Ancaq münaqişə tərəfi olan Azərbaycanla Ermənistan Cənubi Qafqaz uğrunda gedən çaxnaşmada çarpaz atəş altına da düşə bilərlər. Adətən bu kimi məqalarda münaqişə tərəflərindən konkret siyasi qərarların verilməsi tələb olunur ki, bu da indiki vəziyyətdə çox çətindir. Belə ki, dünya güclərindən hər hansısa birinə üstünlük verilməsi qərarı həmin ölkələr üçün müəyyən hərbi-siyasi risqlər daşıyır”.


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Varşavada keçirilən mətbuat konfransında deyib ki, ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib. Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ probleminin nizamlanması üzrə anoloji görüş Moskvada baş tutdu. Yaranmış vəziyyət belə qənaətə gəlməyə müəyyən əsaslar verir ki, sanki Moskva ilə Vaşinqton bir-birilə bəhsə gedərək Qarabağ münaqişəsinin həlli istiqamətində aktivləşməyə çalışırlar.

 

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...