Bakı və Ankara elə bir hərbi protokol imzaladı ki... – Ekspert

Bakı və Ankara elə bir hərbi protokol imzaladı ki... – Ekspert
Bir neçə gün bundan əvvəl Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində yeni bir səhifə açıldı. Tərəflər Silahlı Qüvvələrin mübadiləsinə imkan verən bir hərbi protokolu təsdiqlədi.

Rusiyalı politoloq Denis Korkodinov bununla bağlı  açıqlamasında deyib ki, sözügedən sənəd sülhməramlı qoşun kontingentinin yalnız birgə hərbi təlimlərdə deyil, eyni zamanda, potensial hərbi kampaniyalarda, əsasən də Dağlıq Qarabağ münaqişəsi zonasında iştirakını nəzərdə tutur. Bu isə mövcud ərazi mübahisələrinin həlli üçün beynəlxalq koalisiya yaratmaq barədə aydın niyyətlərin nümayişidir.

"Nə Bakı, nə də Ankara bundan sonra səssiz qala bilər. Bu vəziyyətdə ərazi bütövlüyünün bərpası problemi siyasətlə yaxından əlaqəlidir. Beləliklə, ölkələr arasında hərbi protokol imzalanmasının məqsədini "erkən” və "aqressiv” kimi qiymətləndirə bilmərik”, - ekspert bildirib.

Ekspertin fikrincə, Türkiyə və Azərbaycan Ermənistanla bağlı öz problemlərini həll etmək üçün qoşunların birgə strukturunu yaratmaqla bağlı razılığa gəliblər.

"Bu tamamilə anlaşılan addımdır. Bu, rəsmi İrəvana siqnaldır. Görünür, İrəvan buna çox ciddi reaksiya verəcək, çünki ona qarşı yaradılan koalisiya açıq-aydın böyük hərbi gücə malikdir”, - politoloq bildirib.Axar.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...