Cəmİyyət

Bakı-Sumqayıt yolundan istifadə edənlərin nəzərinə!

Bakı-Sumqayıt yolundan istifadə edənlərin nəzərinə!
Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev "Qafqazinfo"ya bildirib ki, Bakı-Sumqayıt yolunun Sumqayıt istiqamətində 10.5-ci kilometrindən 11.5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqamətində) hissəsi təmir işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-dən etibarən avtomobillərin hərəkəti üçün qismən məhdudlaşdırılıb.

Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930