Hadİsə

Bakı-Sumqayıt yolunda ağır qəza: yol polisinin oğlu öldü - VİDEO/YENİLƏNİB

Bakı-Sumqayıt yolunda ağır qəza: yol polisinin oğlu öldü - VİDEO/YENİLƏNİB
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az report-a istinadən xəbər verir ki, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmdən çıxaraq yolun kənarındakı dəmir arakəsmələr çırpılıb.

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur.

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır
 
**** 
Bir neçə dəqiqə əvvəl Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Sfera.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, yüksək sürətlə hərəkətdə olan "Hyundai Sonаta” markalı avtomobilin sürücüsü idarəetməni itirib və dəmir maneələrə çırpılıb. 

Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub. 

Xəsarət alanlarla bağlı məlumat yoxdur. Qəza zamanı avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

 

 

AdRiver

XƏBƏR LENTİ