Hadİsə

Bakı-Sumqayıt yolunda zəncirvari qəza: 5 nəfər xəsarət aldı

Bakı-Sumqayıt yolunda zəncirvari qəza: 5 nəfər xəsarət aldı
 

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi adlanan ərazisində zəncirvari qəza baş verib. Belə ki, "Daewoo” markalı, 99 LR 63 dövlət nömrə nişanlı və "İsuzu” markalı, H029237 nömrə nişanlı maşınlar toqquşub. Bir neçə minik maşını da avtobuslara çırpılıb.

Virtualaz.org xəbər verir ki, hadisə nəticəsində yol bağlanıb, tıxac yaranıb. Xəsarət alanlar var.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumata görə, turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində Bakı-Sumqayıt magistralında sıxlıq müşahidə edilir. Hazırda DANX-ın, eləcə də DYP-nin əməkdaşları hadisə yerindədirlər. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb.

 

Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb. 50, 58, 41 yaşlı 3 qadın, 59, 23 yaşlı 2 kişi Respublika Klinik Xəstəxanasına çatdırılıb.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031