Bakı-Sumqayıt yolunda qəza - \"VAZ 2107\" TIR-la toqquşdu - VİDEO
11:22 / 26.02.2019
3201
Bakı-Sumqayıt yolunda qəza baş verib.
Trend-in məlumatına görə, hadisə ötən gecə saat 02:00 radələrində Sumqayıt yolunun girişində qeydə alınıb.
Bakıdan Sumqayıta gedən "VAZ 2107" markalı minik avtomobili TIR-la toqquşub. Nəticədə avtomobilin sürücüsü xəsarətlər alaraq xəstəxanaya göndərilb.
Qəza yerinə YPX əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır.