Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı
22:15 / 06.03.2020
2999
Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az bildirir ki, hadisə Xırdalan dairəsində qeydə alınıb.
Belə ki, 10-LF-191 dövlət nömrə nişanlı "Hyundai” markalı avtomobil 99-PF-855 dövlət nömrə nişanlı "Ravon N 3” markalı avtomobili arxadan vurub.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Nəticədə yolda tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür. (report)