Bakı-Sumqayıt yolunda daha bir qəza — Yol bağlandı + FOTOLAR

Bakı-Sumqayıt yolunda daha bir qəza — Yol bağlandı + FOTOLAR

Sfera.azTrend-ə istinadən xəbər verir ki, qəza bu gün saat 18:20 radələrində baş verib.

Yolun 3-cü kilometrliyində Sumqayıtdan Bakı istiqamətində hərəkət edən "Mercedes ML" markalı "90 OA 998" dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "90 FA 731" dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə toqquşub, daha sonra yolun kənarında dayanan piyadanı vuraraq yoldan çıxıb və maneəyə çırpılıb. Piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yol qəzası nəticəsində Bakı-Sumqayıt yolunun Bakıya tərəf hərəkət istiqaməti bağlanıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Hazırda yol polisi avtomobillərin hərəkətini bərpa etməyə çalışır.

Bakı-Sumqayıt yolunda daha bir qəza - Yol bağlandı + Fotolar

OXŞAR XƏBƏRLƏR