Bakı-Sumqayıt yolunda ağır qəza: 2 nəfər dünyasını dəyişdi - VİDEO
14:03 / 30.11.2019
3633
Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib.
Sfera.az trend-ə istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. Şahidlərin sözlərinə görə, "Reno" markalı avtomobilinin yol kənarındakı təpəciyə çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişib.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyasını dəyişmiş şəxslərin deformasiyaya uğramış meyitlərini avtomobildən çıxararaq müvafiq orqanlara təhvil veriblər.
Qəza yerinə Yol Partrul Xidmətinin əməkdaşları da cəlb olunublar.