Bakı-Sumqayıt yolu nə zaman istifadəyə veriləcək? - VAXT AÇIQLANDI

Bakı-Sumqayıt yolu nə zaman istifadəyə veriləcək? - VAXT AÇIQLANDI
 
Bakı-Sumqayıt yolunun 6,5-14-cü kilometrliyinin yenidən qurulması işləri davam etdirilir.

Bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 
Onun sözlərinə görə, adıçəkilən yolun təmiri yaxın üç ay müddətində başa çatdırılacaq: "Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Həmin sistemi vətəndaşlar reallıqda görəcəksiniz. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq.

Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etmişik. Bakı Nəqliyyat Agentliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq". (bakupost)


OXŞAR XƏBƏRLƏR

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...