Bakı, Sumqayıt və Xırdalanda Novruz yarmarkaları keçiriləcək - ÜNVANLAR

Bakı, Sumqayıt və Xırdalanda Novruz yarmarkaları keçiriləcək - ÜNVANLAR

Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədilə 12-20 mart 2016-cı il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.

Eyni zamanda yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

Bakı şəhəri üzrə:

1. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
2. Nərimanov rayonu, Keşlə bazarının ərazisi
3. Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxası
4. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı
5. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit Ticarət Mərkəzinin yaxınlığı

Sumqayıt şəhəri üzrə (2 yerdə):

- 12-ci mikrorayon
- Köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...