Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı

Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı

Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

AzVision.az-ın  verdiyi məlumata görə, saat 18:30-da Bakıdan hərəkətə başlayan qatar 15 dəqiqədən çox yolda dayanıb. 

Qrafik üzrə 19:10-da Sumqayıta çatmalı olan qatar hələ də ünvana çatmayıb.

Bələdçinin bildirdiyinə görə, yolda problem olduğundan sürət həddini 20-dən yuxarı qaldırmaq mümkün deyil.


OXŞAR XƏBƏRLƏR