Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobildən oğurluq edildi
14:01 / 23.09.2021
1151
Bakıda avtomobildə oğurluq olub.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə məxsus "İveco” markalı avtomobildən 2187 manat dəyərində akkumulyator və 5 ədəd təkər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.