Bakı sakinlərinin cərimə olunmadığı yeganə qayda pozuntusu - FOTO/VİDEO

Bakı sakinlərinin cərimə olunmadığı yeganə qayda pozuntusu - FOTO/VİDEO
Paytaxt ərazisində, xüsusən də mərkəz ərazilərdə yerləşən məktəblərin, idarə və müəssisələrin ətrafında nəqliyyat vasitələrinin səs siqnalından istifadəsi qadağan olunsa da buna əməl olunmur. 
Sfera.az istipress-ə istinadən xəbər verir ki, belə sürücülərə qarşı cəza tədbiri görülmür. Məsələn Səbail rayonu ərazisindəki, metronun İçəri Şəhər stansiyası ilə üzbəüz, İstiqlaliyyət küçəsi, 33 ünvanında 132-134 nömrəli Təhsil Kompleksinin qarşısında hər gün səhər saat 8 radələrində əsl orkestr yaşanır. Məktəbin tam yaxınlığında səs siqnalının verilməsi qadağandır işarəsi qoyulsa da onlarla sürücü buna riayət etmir.

Elə isə nə üçün sürücülər qoyulan tələbə əməl etmirlər?

Tək bu adıçəkilən məktəbdə deyil, digər orta təhsil müəssisələrinin qarşısında da övladlarını məktəbə gətirən valideynlər avtomobillərini düz məktəbin qarşısında saxlayırlar. Bütün sürücülər yalnız bir neçə maşının dayana biləcəyi yerdə növbə gözləyirlər. Qeyd edək ki, əslində bu ərazi heç dayanmaq üçün də icazəli deyil, yolun hərəkət hissəsidir. Sürücülər digər avtomobillərin normal hərəkətinə mane olmaqla yanaşı, üstəlik sıxlıq da yaradır. İbtidai sinif şagirdlərinin məktəbin qapısına yaxın yerdə saxladığını qismən başa düşmək olsa da, daha yuxarı sinifdə təhsil alan şagirdləri gətirən sürücülərin növbə gözləməsi anlaşılan deyil, hər halda uşaqları bir-iki döngə daha ön hissədə düşürtmək olar. Onlar nəinki bunu etmir, hətta məktəb, yaşayış və iş yerlərini nəzərə almadan səs siqnallarını verməklə guya öndəki sürücülərə etirazlarını bildirirlər. Maraqlı məqam burasındadır ki, bircə nəfər də olsun, yol polis xidməti əməkdaşı protokol tərtib etmir, sürücüləri cəzalandırmır.

Bəs əslində bu qayda pozuntusuna görə sürücünü nə qədər cərimə gözləyir və nə qədər belə sürücü cərimələnib?

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, bu ilin əvvəlindən indiyədək 200-ə qədər sürücü məsuliyyətə cəlb olunub.

"Məbləğə gəldikdə qeyd etməliyəm ki, bu hakimin çıxardığı qərar əsasında müəyyən olunur, dəqiq rəqəm demək çətindir. O ki qaldı mübarizəyə, hər halda hər bir təhsil müəssisəsinin yanına bir polis əməkdaşı qoyula bilməz axı. Sürücülər də gərək məsuliyyətlərini dərk etsinlər, daha salam verəndə, sağollaşanda, təşəkkür edəndə, hirslənəndə səs siqnalı verməzlər”. 




OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...