Bakı sakini tullantılardan neft istehsal edir — VİDEO

Bakı sakini tullantılardan neft istehsal edir — VİDEO
 Neftdən, rezin, kauçuk plastik maddələr alındığını yəqin ki bir çoxumuz bilirik. Bəs əksini necə? Məsələn təkərdən kauçukdan neft almaq olarmı?
 

Sfera.az "Xəzər TV”yə istinadən xəbər verir ki, paytaxt sakini Ramin İsmayılov kustar üsulla düzəltdiyi avadanlıq vasitəsi ilə plastik tullantılarından neft əldə edir. Hətta həmin neftdən digər bir avadanlıq vasitəsi ilə həm benzin, həm də dizel yanacağı əldə edə bilir.

Neftin alınması üçün işlənmiş təkər, plastik qablar və sellofanlar sobanın içinə yığılır, qapağı möhkəm şəkildə bağlanılır və altı yandırılır. Daha sonra həmin tullantılar buxar halında borulara dolur.

1 saata yaxın çəkən bu prosesdən sonra xüsusi çəndə toplanan nefti götürmək olur. Bu üsulla 100 kq tullantıdan 75 litrə kimi neft almaq mümkündür. Eyni üsulla işləyən digər avadanlıq isə nefti dizel və benzin yanacağına çevirməyə imkan verir.

 

Ramin İsmayılov bu üsulla hər iki növ yanacağı da əldə edə bilir. Onun sözlərinə görə bu yanacaqları müxtəlif sahələrdə istifadə etmək olar.

İxtiraçının sözlərinə görə hətta benzin yanacağını da süzgəcdən keçirib oktan ədədini öyrəndikdən sonra həttə minik avtomobillərində də istifadə etmək olar. R.İsmayılovun əsas istəyi maliyə dəstəyi taparaq bu avadanlığın daha böyük və təkmil formasını hazırlamaqdır.


OXŞAR XƏBƏRLƏR

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...