Bakı sakini naməlum şəxs tərəfindən soyulub

Bakı sakini naməlum şəxs tərəfindən soyulub
 

Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospekti 12 ünvanında qeydə alınıb. 

 

Həmin prospektdə piyada hərəkət edən 1974-cü il təvəllüdlü Abdullayev Rafiq Pənah oğluna naməlum şəxs hücum edib. R.Abdullayevə zor tətbiq edən naməlum şəxs əlindəki bütün pulları alaraq qaçıb.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs axtarılır. Faktla bağlı hələlik istintaq araşdırmaları aparılır.


OXŞAR XƏBƏRLƏR