Bakı-Quba yolunda avtomobil aşdı: ölən var

Bakı-Quba yolunda avtomobil aşdı: ölən var

Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba yolunun 112-ci km-də Bakı şəhər sakini, 24 yaşlı Rübabə Əliyevanın idarə etdiyi "KİA” markalı avtomobil aşıb.

Qəza nəticəsində maşında olan sərnişin, sürücünün anası, 55 yaşlı Sənəm Əliyeva ölüb. Sürücü isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

 

Sfera.az

DİGƏR XƏBƏRLƏR