Bakı-Quba yolunda ağır qəza - ölən və yaralanan var
23:51 / 23.11.2020
2421
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə yolun 24-cü km-də qeydə alınıb.
Belə ki, 50-DS-879 dövlət nişanlı "VAZ 2114” markalı avtomobil 99-UC-081 dövlət nömrə nişanlı "Mercedes” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində "VAZ 2114” markalı avtomobildə olan sərnişin hadisə yerində dünyasını dəyişib, sürücü isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.(Report)