Hadİsə

Bakı-Qazax yolunda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü

Bakı-Qazax yolunda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən bildirir ki, Bakı-Qazax avtomobil yolunun , rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvü olub.

Faktla bağlı araşdırma aparılır.
AdRiver

XƏBƏR LENTİ