Bakı – Qars dəmir yolunun NƏHƏNG HƏDƏFİ

Bakı – Qars dəmir yolunun NƏHƏNG HƏDƏFİ
"Çindən Avropaya uzanan ticarət xəttinin Bakı – Tiflis – Qars dəmir yolu üzərindən keçirilməsi, əsas hədəfimizdir”.

Sfera.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Ahmet Arslan deyib. Nazir dəmir yolu xətti layihəsinin Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı iqtisadi əməkdaşlığa təkan verəcəyini bildirib.

"Əsas hədəfimiz, Çindən Avropaya uzanan ticarət xəttinin Bakı – Qars dəmir yolu üzərindən keçirilməsi və bu məkanda həyata keçirilən yük daşımalarının bu xətt vasitəsilə reallaşdırılmasıdır. Bunun bu xəttə qoşulmuş dövlətlərə böyük iqtisadi gəlirlər qazandıracağını düşünürəm. Bu layihə ilə Asiya və Avropa arasında dayanıqlı nəqliyyat dəhlizi yarada bildik”, - deyə Ahmet Arslan qeyd edib.


Mənsur Rəğbətoğlu

Sfera.az

OXŞAR XƏBƏRLƏR