Gündəm

Bakı polisi yolu kəsib, qadınlara hücum edən şəxsləri saxladı - VİDEO

Bakı polisi yolu kəsib, qadınlara hücum edən şəxsləri saxladı - VİDEO
"Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq, saxlanılıb”.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə bildirib.

E.Hacıyev qeyd edib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in "102” Zəng Xidmətinə məlumat daxil olub:

"Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib.

Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.
 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031