Bakı polisi sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Bakı polisi sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Bakı şəhər Baş Polis  İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Bu barədə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb:

"Sosial şəbəkə istifadəçiləri tərəfindən "Bakı şəhər Baş Polis İdarəsi” səhifəsində paylaşılan məlumatlara şərhlərin yazılması ilə bağlı heç bir məhdudiyyət tətbiq olunmur. İctimai əlaqələrin dərinləşməsi və genişlənməsi üçün fəaliyyəti təşkil olunan rəsmi səhifədə izləyicilərin şərhləri, verdiyi suallar operativ cavablandırılır. Lakin açıq səhifədə verilən suallara cavab verildikdən sonra sualın məzmunu "redaktə” olunur, verilən cavab kontekstdən çıxarılır. Bu, virtual təxribatdır. 

Xahiş edirik belə hallara yol verməyin, bu səhifənin əsas məqsədi cəmiyyəti polisin fəaliyyəti ilə bağlı məlumatlandırmaqdır. Bunu edənlərin məqsədləri məlumdur. Əlavə şərh etmədən onlara tövsiyyə edirik ki, bu əməl ictimai fikri çaşdırmağa yönələn növbəti cəhddir. Belə şərhələr və suallar səhifə admini tərəfindən xəbərdarlıq edilmədən silinəcəkdir."


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...