Bakı Nəqliyyat Agentliyi məhkəməyə verilib

Bakı Nəqliyyat Agentliyi məhkəməyə verilib
 

Bakı şəhəri, Nəsimi rayon Nəsimi Bələdiyyəsi Bakı Nəqliyyat Agentliyini (BNA) məhkəməyə verib.

Sfera.az bildirir ki, Bələdiyyə "öhdəliyin qoyulması” tələbinə dair elektron iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddiaçı Bakı Nəqliyyat Agentliyinin üzərinə 2019-cu ilin yanvar ayından Bakı şəhəri, Füzuli və Mirzağa Əliyev küçələri arasında yerləşən yeraltı qarajda ixtisaslaşdırılmış avtomobil dayanacağı xidməti göstərməsi ilə əlaqədar hər bir nəqliyyat vasitəsi üçün sutkada 0.1 manat ödəniş etməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Nəsmi Bələdiyyəsi bunu "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanununun 9.1.5-ci maddəsi ilə əsaslandırıb.

Sözügedən qanunun 9.1.5-cim maddəsi bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişi müəyyənləşdirir. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.

Hakim Fərid Mədətlinin sədrlik etdiyi iclasda məhkəmə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, Nəsimi Bələdiyyəsi cavabdehə qarşı olan tələbinin məzmununu aydın şəkildə təsvir etmədiyinə görə, elektron qaydada daxil olmuş sənədlər iddiaçının özünə qaytarılmalıdır. (report)


OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...