Bakı metrosunun yeni kondisionerli vaqonları - FOTOLAR

Bakı metrosunun yeni kondisionerli vaqonları - FOTOLAR

Rusiyanın "Transmaşholdinq” Səhmdar Cəmiyyəti Azərbaycana yeni metro vaqonları göndərib.

Sfera.az azərtac-a istinadən xəbər verir ki, iyunun 4-də Moskva vilayətinin Mıtişi şəhərindən Bakıya yeni metro vaqonlarının ilk partiyası yola salınıb. Bu münasibətlə keçirilən təntənəli tədbirdə "Transmaşholdinq” Səhmdar Cəmiyyətinin baş direktoru Kiril Lipa, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov, "Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov, KİV nümayəndələri iştirak ediblər.

Bakıya hər biri 5 vaqondan ibarət iki qatar yola düşüb. İl ərzində daha 20 vaqonun Bakıya göndəriləcəyi gözlənilir.

Xatırladaq ki, bu ilin fevralında Bakıda "Transmaşholdinq”in tərkibinə daxil olan "Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Bakı Metropoliteni üçün 30 yeni nəsil vaqon istehsal edilməsinə dair müqavilə imzalayıblar. Yeni model vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanmış vaqonların qapıları daha enlidir. Qapıların açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib, konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün elektrik mənbəyinə malikdir. Baş vaqonlarda əlil arabaları və velosipedlər üçün yerlər ayrılıb. Orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.

Bakı Metropoliteni və "Metrovaqonmaş”ı uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Müəssisə 1967-ci ildən Bakı Metropolitenini qatarla təmin edir. Hazırda Bakı metrosunda "Metrovaqonmaş”da istehsal olunmuş 300-ə yaxın vaqon hərəkət edir.

 





OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...