Bakı metrosunda sərnişinlərin həyatı üçün təhlükə varmı?

Bakı metrosunda sərnişinlərin həyatı üçün təhlükə varmı?
"Bakı Metropoliteni" QSC qurumun bəzi əməkdaşlarının mətbuat vasitəsilə səsləndirdiyi iddialara cavab verib. 

Sfera.az-ın məlumatına görə, QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, metro stansiyalarında sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur:

"Metropolitenin tikintisində qaydalara ciddi riayət olunmasaydı, böyük sayda insan tələfatına qeydə alınardı. Əgər bunlar yoxdursa, demək, tikinti normalara uyğun aparılıb. Böhtan atmaqla deyil". 

H.Məmmədov, həmçinin metropoliten əməkdaşlarının normadan artıq işlədilməsi məsələsində aydınlıq gətirib. O qeyd edib ki, hərəkət təhlükəsizliyi ilə işçiləri bir dəqiqədən artıq saxlamağa ixtiyarları yoxdur. 


OXŞAR XƏBƏRLƏR