Cəmİyyət

Bakı metrosunda qatarda PROBLEM YARANDI: Sərnişinlər dəqiqələrlə

Bakı metrosunda qatarda PROBLEM YARANDI: Sərnişinlər dəqiqələrlə
Bakı metrosunda sərnişin qatarında nasazlıq yaranıb.

Sfera.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə saat 10:53-də baş verib: "Diaqnostika kompleksi "Cəfər Cabbarlı-Xətai" mənzilinə daxil olub. Bu kompleks ay ərzində iki dəfə xətlərə çıxır və yoxlayır. Məlumdur ki, "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarlar o baş-bu baş hərəkət edir. Bu səbəbdən diaqnostika kompleksi bu mənzildə hərəkət edəndə sərnişin qatarları dalanda saxlanılır. Lakin qatarın xəttə qayıtmasında texniki problem yaranıb və ehtiyat qatar "Cəfər Cabbarlı" mənzilində hərəkətə gətirilib. Bu mənzildə qatarlar arasında 8 dəqiqə interval var. Həmin interval nəzərə alanmaqla, hadisə nəticəsində ümumi ləngimə 20 dəqiqəyə yaxın olub".

B.Məmmədov qeyd edib ki, hazırda problem aradan qaldırılıb və qatarların intervalı normaldır.
AdRiver

XƏBƏR LENTİ