Bakı metrosunda intihar hadisəsi baş verib - VİDEO

Bakı metrosunda intihar hadisəsi baş verib - VİDEO
Bakıda metrosunda intihar hadisəsi baş verib

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə 22:15 radələrində qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında kişi özünü qatarın altına atıb. Onun üzərində şəxsiyyətini  təsdiq edən sənəd olmayıb

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar qatarın  "Ulduz” stansiyasından "Həzi Aslanov” stansiyasına hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

Hazırda meyit çıxarılıb və qatarların hərəkətləri bərpa olub.
 


OXŞAR XƏBƏRLƏR