Hadİsə

Bakı metrosunda həyəcanlı anlar: Qatarı tüstü bürüdü, vaqonlar boşaldıldı

Bakı metrosunda həyəcanlı anlar: Qatarı tüstü bürüdü, vaqonlar boşaldıldı
 

Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Sfera.az xəbər verir ki, qatarın "Nəriman Nərimanov” stansiyasından "Gəncliyə” doğru hərəkət etdiyi zaman vaqonları tüstü bürüyüb.

Hadisə şahidlərinin sözlərinə görə, qatar "Gənclik” stansiyasında dayanıb. Bir neçə sərnişinin ürəyi getdiyi bildirilir. 

"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Qafqazinfo”ya açıqlamasında qatarda baş verən tüstülənmənin səbəbini izah edib:

"Qatarı tüstü bürüməsinə səbəb həmin qatardan əvvəl xətdə buraxılan sınaq qatarı olub. Sərnişinsiz hərəkət edən qatarın təkərlərinin detallarından biri sıxılıb və bu üzdən tuneli tüstü bürüyüb. Bu da öz növbəsində ondan sonra gələn qatarda tüstü iyinin hiss olunması ilə nəticələnib. Sərnişinlər metronun "Gənclik” stansiyasında qatardan boşaldılıb. Hadisə nəticəsində xanım sərnişinlərdən biri həyəcanlanıb. O, təcili yardım köməyindən imtina edib”

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031