Bakı metrosu yeni qatarlar alır

Bakı metrosu yeni qatarlar alır
 Rusiyanın "Metrovaqonmaş” MMC şirkəti "81-765/766” modelli iki beşvaqonlu qatarın Bakıya tədarükü ilə bağlı müqavilə imzalayıb.

Bu barədə şirkətin daxil olduğu "Transmaşholdinq” (TMH) bildiriblər.

"Hər qatarda iki baş və üç mühərrikli aralıq vaqon var. Vaqonların hesablanmış xidmət müddəti 31 il təşkil edir”, - deyə, məlumatda bildirilir. İlk qatarların mart ayında Bakıya gətiriləcəyi gözlənilir, müqavilə 2018-ci il ərzində icra olunmalıdır.

Qeyd edək ki, bu qatarlar əvvəlki modellərlə müqayisədə birbaşa qapı keçidlərinə, həmçinin qapıların bağlanılması və açılması üçün yeni işıq bildiriş sisteminə, səsboğucu qurğularla təchiz edilmiş təkərlərə, kondisioner, ventilyasiya və havanın zərərsizləşdirilməsi sisteminə malikdir.

Sonuncu dəfə Azərbaycana yeni metro qatarları 2015-ci ildə gətirilib. Həmin vaxt "Metrovaqonmaş” Fransanın Alstom şikrəti ilə birlikdə birbaşa keçidli vaqonlara malik üç qatarı Bakı metrosuna təqdim etmişdi.

oxu.az

OXŞAR XƏBƏRLƏR

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...