Bakı metrosu Tarkana görə iş qrafikini dəyişir
17:45 / 23.06.2017
1074
Bu gün Bakı metropolitenin üç stansiyası gecə saat ikiyə kimi işləyəcək.
Sfera.az-ın məlumatına görə, Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Baku.vs-ə bildirib ki, bu gecə 28 may, Sahil, və İçərişəhər metro stansiyaları gecə saat ikiyə (02:00) kimi işləyəcək.
Digər stansiyalar isə adi qrafiklə işləyəcək. Qeyd edək ki, ifaçı Tarkan bu gün Formula-1 oyunlarının açılış mərasimində səhnəyə çıxacaq.
Sfera.az