Bakı metrosu tarixində ilk : Qadın maşinist işə götürülüb
12:23 / 13.04.2019
3279
Metropoliten tarixində ilk dəfə olaraq qadın maşinist işə götürülüb.
Metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.
10-dan artıq qadın müraciət etsə də, bütün seçim turlarını onların arasında yalnız bir qadın Günay Həbibli seçilib və Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.
Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.
Seçim turlarını uğurla keçdikdən sonra, özünə güvənərək, öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.