Bakı metrosu “97 qəpik” məsələsinə aydınlıq gətirdi

Bakı metrosu “97 qəpik” məsələsinə aydınlıq gətirdi
Bu gün sosial şəbəkələrdə qiymət artımı ilə bağlı məsələlərdən çox bəhs olunur. Məlumatlarda bir sərnişinin daşınmasına çəkilən xərcdən söhbət gedir”.

Sfera.az xəbər verir ki, bunu "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sərnişindaşımanın 97 qəpik olacağı ilə bağlı yayılmış məlumata aydınlıq gətirərkən deyib.

Qurum rəsmisinin sözlərinə görə, metroda sərnişindaşıma bərpa olunanda, qiymətlərin 97 qəpik olacağı barədə yayılan məlumatlar tamamilə yanlışdır:

"Hər bir sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var. Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərcin 97 qəpik olması gözlənilir.

2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib. Sərnişin 30 qəpiyə daşınıb. 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib. 30 qəpiyə daşınıb.

97 qəpik isə proqnozlaşdırılandır. Bəlkə, metro iyunun 1-i açılmayacaq”.

O vurğulayıb ki, gözlənilən və ya proqnozlaşdırılan hələ fakt deyil:

"Bəlkə, açılacaq, 132 milyon deyil, daha az və ya daha çox daşınacaq. Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq.

Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır”.

OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...